Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Sosial tərəfdaşlar

Mərkəz haqqında

Müasir Azərbaycanın digər, heç də az mühüm olmayan bir gerçəkliyi də əhalisinin çoxmillətli və yarıkonfessional olmasıdır. Təkcə Bakı şəhərində iyirmidən çox - rus, ukrayna, kürd, lak, ləzgi, slavyan, tat, tatar, gürcü, inqloy, talış, avar, axıska türkləri, Avropa yəhudiləri, dağ yəhudiləri, gürcü yəhudiləri, alman, yunan və s. xalqların müxtəlif mədəniyyət cəmiyyəti fəaliyyət göstərir.
Bütün ölkə miqyasında belə cəmiyyətlərin sayı xeyli yüksəkdir; praktik olaraq, onlar etnik azlıqların sıx yaşadıqları bütün rayonlarda mövcuddur. Milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında təsbit edilmişdir və onlar etnik, irqi, dini mənsubiyyətindən asılı olmayaraq, respublikanın bütün vətəndaşlarının hüquq bərabərliyini təmin edir. Bundan əlavə, bir çox əsrlər boyu Azərbaycan üçün xarakterik olan tarixi, iqtisadi və mədəni xüsusiyyətlər sayəsində ölkə əhalisinin psixoloji statusu dözümlülük, başqa etnosların və milli azlıqların mədəniyyətinə hörmət şəraitində formalaşmışdır.

Azərbaycan Himni

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Musiqi: Üzeyir Hacıbəyli
Sözlər: Əhməd Cavad

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz