Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Peşəkar teatr dərsləri” layihəsi

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə cari ilin 3-11 oktyabr tarixlərində Qusar Dövlət Ləzgi Dram Teatrında keçirilən “Peşəkar teatr dərsləri” layihəsi başa çatıb.

Layihə çərçivəsində ilk ustad dərsləri Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən keçirilib. Təlim iştirakçılara təcrübə mübadiləsi, ixtisasartırma və aktyorluq potensialını inkişaf etdirmək imkanları yaradıb.

Peşəkar teatr dərslərində aktyorların tamaşaçı ilə ünsiyyəti, rejissorla işləmək bacarığı, səhnə sərbəstliyi və texnikası, həmçinin pyesin mənimsənilmə qabiliyyəti, səhnə ritmika və plastikası, nitq mədəniyyəti kimi keyfiyyətləri təkmilləşdirilib.

Sözügedən layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Layihə çərçivəsində ölkənin müxtəlif regionlarında bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.

Oxunub: 455

Əlavə olunub: 14.10.2024 13:28

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz