Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Missiyamız

2019-12-18 15:20:04

Fəaliyyətində kreativ yanaşmanı üstün tutan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi həm yerli, həm də bir sıra xarici mədəniyyət müəssisələri, diplomatik nümayəndəliklər və analoji beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Yeni yanaşmalar və yaradıcı ideyalar əsasında beyin mərkəzi formalaşdırmağı hədəfləyən Mərkəz regionlarda və paytaxtda fəaliyyət göstərən bütün mədəniyyət işçiləri üçün ənənələrə söykənən müasir və innovativ metodlar əsasında hazırlanan təlimlər təşkil edir.

Mədəniyyətin əksər istiqamətləri üzrə əyani vəsaitlər hazırlayıb bölgələrdə çalışan mədəniyyət müəssisələrinə təqdim edir. Mərkəz musiqi, teatr, muzey və başqa sahələr üzrə yerli və xarici ekspertlərin cəlb olunması ilə ustad dərslər təşkil edir.

Gənc mədəniyyət işçilərinin fəaliyyətini özündə birləşdirən Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ Qrupu üçün müxtəlif səpkili tədbirlər, təlimlər, yay və qış məktəbləri (düşərgələri) və s. təşkil edilir, həmçinin onların ideyalarının reallaşdırılması istiqamətində innovativ layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin tanıdılması, mədəni irsimizin populyarlaşdırılması istiqamətində fəaliyyət göstərən Mərkəz, eyni zamanda Mədəniyyət Könüllülərinin kurasiyasını həyata keçirir, gənclər mütəmadi şəkildə mədəniyyətdə könüllülük fəaliyyətinə cəlb edilir.

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz