Lavaş su, un və duzdan hazırlanan çörək növüdür. Qədim tarixi olan lavaş sac üzərində bişirilir.
Lavaş “Kitabi Dədə Qorqud” dastanında “Bozlamac”, Mahmud Kaşğarinin “Divanü Lüğat-İ-Türk” kitabında, Nizaminin, Məhsətinin, Xaqaninin əsərlərində və Yusif Balasaqunlunun “Qutadqu-Bilik” kitabında “Nazik çörək” adlandırılmışdır.
“Nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti – lavaş, katırma, jupka, yufka” 2016-cı ilin noyabr ayında çoxmilli nominasiya kimi (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə) YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir.