Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Yeni formatların axtarışında olan mədəniyyət

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərinə uyğun olaraq, mədəniyyət müəssisələrinin əməkdaşları üçün distant mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Bura müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, debatlar, yerli və xarici alim və mütəxəssislərin canlı mühazirələri, təqdimatlar, həmçinin açıq diskussiyalar da daxildir.

Açıq mühazirələr silsiləsindən 29 iyun 2020-ci il tarixində Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin "Mədəniyyətdə kadr siyasəti: ənənəvi yanaşmalar və müasir çağırışlar" mövzusunda növbəti canlı mühazirəsi təşkil olunub. Zoom proqramı vasitəsi ilə keçirilmiş mühazirədə sahə əməkdaşları ilə yanaşı mədəniyyət könüllüləri də iştirak etmişdir.

Tədbirin moderatoru, şöbə müdiri Nurəddin Babazadə dinləyicilərə layihə haqqında, həmçinin perspektiv planlar və mühazirənin müzakirə predmeti haqqında məlumat vermişdir. Daha sonra müxtəlif regionlardan olan 30-dan çox mədəniyyət işçilərinin iştirakı ilə baş tutmuş açıq mühazirədə A.Usubəliyev çıxış etmişdir.

Transformasiyaya uğramış mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin reallaşması kontekstində mədəniyyət sahəsində gedən islahatlar, müasir mədəniyyət işçilərinin keyfiyyətləri, onların fəaliyyətinə yeni yanaşmalar, müasir forma və inkişaf yolları, kadr siyasəti  və digər maraq doğuran mövzulara toxunmuşdur. Sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışan direktor sahənin rəqəmsallaşmasının vacibliyini vurğulamışdır.

“Sahəmizdə reallaşan islahatların əsas qəhrəmanları məhz sizsiniz - mədəniyyət işçiləri” sözlərini söyləyən Mərkəzin direktoru, daha sonra kadr siyasətinin fəlsəfəsinin də dəyişdirilməsinin zəruriliyini vurğulayıb. “Kadr siyasətinin müasir fəlsəfəsi insanların işə götürülməsi və ya tutduğu vəzifədən azad edilməsindən ibarət deyil. İnsan resursları fəaliyyətinin müasir fəlsəfəsi rəqabətə davamlı mütəxəssisin yetişdirilməsindən ibarətdir” fikrini bildirən Asif Usubəliyev, bu mənada mütləq olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan amilinə ayırdığı xüsusi diqqətin nəzərə alındığını vurğulamışdır.  

Tədbirin sonunda yaranmış geniş fikir mübadiləsində Gəncə şəhər Diyarşünasliq evinin direktoru Pərvin Nəzərəliyeva, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Lənkəran RMİ-nin əməkdaşı Kamil Diniyev və digərləri iştirak etmişdir. 

Oxunub: 544

Əlavə olunub: 31.08.2020 06:46

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz