Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq oyunları: "Haxışta"

Gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü olan haxışta Azərbaycanda əsasən toylarda və digər el şənliklərində ifa olunur.
“Ha xışla” ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Arasında 5-6 metr məsafə olan dəstələr üzbəüz dayanır.
Dəstənin ortasında solist qız dayanır. Onu rəqsə dəvət edir və bu hərəkətləri edərkən mətni oxuyur, digər qızlar isə həmin sətirdən sonra uca səslə "Haxışta" deyirlər.

Oxunub: 14

Əlavə olunub: 22.09.2022 08:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz