Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Uşaqlar bizim gələcəyimizdir

Övladlarınıza ehtiram göstərin və onları yxşı tərbiyə edin ki, həmin gözəl tərbiyə nəticəsində bağışlanasınız.

Həzrəti Muhəmməd (əlləllahu əleyhi və alihi vəsəlləm)

Uşaqlar xəyalların, arzuların, ümidlərin zərif tumurcuğu, dövlət içində kiçik dövlət sayılan ailə qalasının misilsiz sevinc qaynağı, qoruyucu mələyi, cənnət qoxusunu dünyada yayan yeganə gül, millətin gələcəyi və ilahi əmanətdirlər. Uşaqlar gülüşü ilə güldürən, göz yaşı ilə ürəkləri sızladan, saf baxışları ilə düşündürən, qucaqları isidən, sevildikcə sevilən fidanlardır. Onların hər nəfəsində bir həyat, bir dünya, bir aləm yaşayır.Ailənin könül meyvəsi, ruh qaynağı sayılan uşaqlar dünyaya gəlişi ilə qəlbləri həyəcanlandıraraq, evlərə sevinc bəxş edir.

Valideynlərin saf məhəbbətlə sevdiyi uşaqlar dünyanın ən pak və pak olduqları qədər də müqəddəs varlığıdır. Elə buna görədir ki, ulularımız onlara böyük qayğı bəsləyib və bəşəriyyətə də bu məsumluğu qoruyub saxlamağı, sevməyi, düzgün tərbiyələndirməyi, həyat yolunda büdrəməməyi öyrədiblər. Peyğəmbərimiz Həzrəti Məhəmməd əleyhissəlam evdə hamıdan böyük, hamıdan səlahiyyətli məhz uşaqları görərdi. İmam Əli (ə) deyərdi ki, başqasının uşağını xoşbəxt görmək istəyən öz balası üçün xoşbəxtliyi təmin etmiş olur. Analarımız laylalarında, oxşamalarında körpələrini dünyanın ən müqəddəs varlığı kimi sevər, onları ən qayğıkeş sözlərlə əzizləyərlər. Laylay, beşiyim, laylay, evim-eşiyim, laylay. Sən yat şirin yuxuda, çəkim keşiyin, laylay! Analrın dilindən süzülən bu laylalar gül çöhrəli, bal dodaqlı, şirin-şəkər balalrımız üçün çalınıb əsrlər boyu.

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ümummilli lider, siyasi xadim Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Doğrudan da belədir. Hər bir millətin gələcəyi uşaqların bu günkü rifah halından asılıdır. Uşaqların cəmiyyət üçün yararlı bir şəxsiyyət kimi formalaşması istiqamətində ən böyük rolu ailə oynayır. Ailə bəşər həyatının ilk müəssisəsi, müqəddəs bir qaladır. Bu qala gələcəyin təminatçısı olan uşaqların təkamül həyatında, sağlam xarakterin formalaşmasında, uşağın xeyirxahlıq və mehribanlıq zirvəsinə yol almasında müstəsna rola malikdir. İlahi əmanətlər olan körpələrin dünyagörüşünü, həyat prinsiplərini, enişli-yoxuşlu həyata hazırlanmasını, dünyaya baxışını və onun uca dəyərlərə yönəldilməsi ailəyə bağlıdır. Ailə digər tərəfdən həm də bir məktəbdir. Bu məktəb nə qədər elmi və mənəvi cəhətdən zəngin, sevgi ilə dolu olarsa, bax o zaman orada böyüyən, boya-başa çatan uşaq cəmiyyət üçün faydalı olacaq. Ailə qalasının və o qalanın təməli olan övaldın qoruyucusu və həyata düzgün hazırlanmasının fədakarı isə anadır. Ana nurlu sözlərilə tərbiyə qaynağı, aydın və məntiqli düşüncələriylə övladının görən gözü, həyatda davranışı ilə ona örnək olan bir şəxsiyyətdir. Məhz bu səbəbdən “Analrımız savadlı olarsa cəmiyyətimiz savadlı olacaq” deyir müdriklərimiz.

Uşaqların cəmiyyət üçün yararlı formada böyüməsində anaya yardımçı olan başqa bir ailə memarı isə atadır. O, müqəddəs ailə qalasının maddi təminatçısı olmaqla bərabər böyüklüyün, mərdliyin, kişiliyin simvolu və səadətin zəmanətçisidir. Uşaqların təbiətlərini kəşf etmək, arzu və istəklərinin hansı istiqamətə yönəldiyini bilmək valideyinlərin mənəvi borcudur. Çünki uşaqlar bizim gələcəyin ən böyük qurucularıdır. Hər bir valideyin tərbiyədə övladının məsuliyyətli, fəal, vəyənpərvər, milli-mənəvi dəyərlərə bağlı yetişməsinə səy göstərməli, digər tərəfdən də böyüklərin sevgisini onların təmiz ruhlarına hopdurmalıdırlar. Bu keyfiyyətə malik uşaqlar böyüdükcə kimsənin haqqını yemədikləri kimi, kimsəyə də öz haqqlarını yedirtməyən vətəndaş kimi böyüyəcək .

Uşaqlar bizim gələcəyimizdir1 İyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu, təsadüfü deyil çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyev uşaq hüquqlarının müdafiəsinin davamlılığı,onun məzmununun zənginləşdirilməsi məqsədilə 1998-ci il 19 may tarixində “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul etmişdir. Qanunda uşaqların http://azkurs.org/mulki-huququn-predmeti-ve-prinsipi.html hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı,yaşamaq və inkişaf etmək, tərbiyə almaq şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır.

1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilən Uşaq hüquqları Konvensiyası uşaqların hüquqlarının qorunması sahəsində dünyada hazırlanmış ən mükəmməl beynəlxalq sənəddir. Hazırda Demokratik ölkə olan Azərbaycan 1992-ci i iyunun 21 dən bu Konvensiyaya qoşulmuş 189 ölkənin sırasındadır. Ümumiyyətlə, Uşaq hüququnu qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin hazırladığı “Cenevrə” bəyannaməsi ilə yaranmışdır. 1959-cu ildə isə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsi”ni qəbul etmişdir. Lakin bəyannamənin hüquqi qüvvəsi olmadığından 1979-cu ildən təşkilat bu işin həlli ilə bağlı xüsusi işçi qrupu yaradaraq, 1989-cu il noyabrın 20-də rəsmi şəkildə BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Sənəd 1990-cı ildə 20 dövlətin razılığı ilə qüvvəyə minmişdir. Sonrakı mərhələdə isə bütün dövlətlər konvensiyaya qoşularaq, onun prinsip və öhdəliklərini dəstəkləmişlər. Konvensiyanın prinsipinə əsasən uşaq şəxsiyyətidir. Konvensiya bu işə qoşulmuş ölkələri uşaqlara, öz vətəninin sosial-iqtisadi həyatında daha yaxından iştirak etmək üçün şərait yaratmağa çağırır. Burada əsas məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dinindən, dərisinin rəngindən, cinsindən, əmlak vəziyyətlərindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər.

Konvensiyanın bu qədər mühüm əhəmiyyət kəsb etməsi bir də onunla izah olunur ki, o, özündə gələcəyi əks etdirir. Uşaqlara məhəbbətlə yanaşan cəmiyyət onların qabiliyyətlərini tam aça bilməyə şərait yaratmaqla onların gələcəyini düşünür və azadlıqlarının təmin edilməsini dəstəkləyir. İntellektual, mədəni, əxlaqi və mənəvi qabiliyyətlərini inkişaf etdirmək üçün uşağa hər bir şərait yaradılır.Məlumdur ki, uşaq hüquqları konvensiyasının yerinə yetirilməsinə beynəlxalq miqyasda Birləşmiş Millətlər Təşkilatının Uşaq fondları – YUNİCEF nəzarəti yerinə yetirir. Bu təşkilatın respublikadakı nümayəndəliyi təhsil, səhiyyə, sahəsində aparılan islahatların təşkilində yardım edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə, 2009-cu il "Uşaq ili" elan olunmuşdur. Ölkəmizdə uşaq ilinin elan olunması bir daha sübut edir ki, dövlət daima uşaqlara olan qayğını ön plana çəkir və onların xoşbəxt gələcəyini təmin etmək üçün əlindən gələni edir.

Cox zaman insanlar xoşbəxtliyi fərqli yerlərdə axtarırlar. Amma ətraflarına nəzər salsalar xoşbəxtliyi onlara bəxş edəcək varlıqların yanlarında olduğunu görərlər. Həyatımızda bu qədər gözəlliklər olduğunu bilərək gəlin xoşbəxtliyi, sevgini, təbəssümü başqa yerlərdə deyil, bu balaca fidanların gözlərində axtaraq və onların qar kimi bəmbəyaz dünyasını daima sevgi ilə bəzəyək. Çünki bu körpələr biz böyüklərdən həyatı öyrənməyə çalışır, gələcəkdə kim olacaqlarını ata və analarına, müəllimlərinə, böyüklərə baxaraq öyrənirlər. Gələcəyimizin xoşbəxtlik və sevgi dolu bir dünya olmasını istəyiriksə övladlarımızı düzgün tərbiyə etməliyik.

“Uşaqlar bizim gələcəyimizdir” dediyimiz körpələri pisliklərdən, yalandan, iftiradan uzaq tutsaq, onlara dünyanın necə gözəl bir yer olduğunu, oxumağın, elmin hər insana lazım olduğunu öyrətsək gələcəyimiz əmin əllərdə olar. Çünki sağlam gələcək sağlam gəncliyin çiyinləri üzərində dayanır. Böyük rus yazıçısı Maksim Qorki demişkən: “Uşaqlar bizim sabahkı hakimlərimizdir, dünyagörüşümüzün, əməllərimizin tənqidçiləridir”.

Hakim qarşısına cıxmamaq və tənqid olunmamamq üçün gələcəyimiz olan uşqlarıın huquqlarını qoruyaq vəonalrı cəmiyyətə xeyirli övlad kimi hazırlayaq. Bayramınız mübarək, əziz fidanlar! Yer üzü sizin varlığınızla, nəfəsinizlə, sevincinizlə, xoşbəxtliyinizlə, saflığınızla bərqərar olur. Siz dünya içində bir aləmsiniz.

Nəzakət Rəhmanova,
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təlim-tədris şöbəsinin müdiri

Oxunub: 1225

Əlavə olunub: 01.06.2020 06:07

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz