Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Türkdilli xalqların ortaq musiqi alətləri

Hər bir xalqın mədəniyyətinin tanınmasında və onun inkişafında bədii təhsilin ən emosional növlərindən biri musiqi sənəti mühüm rol oynayır. Musiqi bütün bəşəriyyətin ünsiyyət vasitəsi olub, onların hiss və duyğularına istiqamət verir. Bununla yanaşı dünya mədəniyyətinin müəyyən bir hissəsini milli musiqi alətləri təşkil edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 24 noyabr tarixində “Türkdilli xalqların ortaq musiqi alətləri” adlı onlayn beynəlxalq konfrans keçirilib.
 
Mərkəzin 2021-ci ilin ikinci yarımili üçün nəzərdə tutulmuş İş planına əsasən təşkil edilmiş konfransın keçirilməsində məqsəd türkdilli xalqların milli musiqi alətlərinin spesifik özəllikləri mövzusunda mülahizələr yürütmək, ortaq musiqi alətlərinin tarixi inkişaf mərhələsi ilə yanaşı, onların hal-hazırda türkdilli xalqlar arasında istifadə qaydalarından, əhəmiyyətindən bəhs etmək, həmçinin, türkdilli xalqlarda alətlərin oxşar və fərqli cəhətlərini üzə çıxarmaqdır.
 
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq Çalğı Alətləri İfaçılığı kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnaz Rzayeva, Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbi, əməkdar müəllim İkram Manafov, Gədəbəy Aşıq Məktəbinin direktoru, H.B.Zərdabi “Qızıl qələm”, Azərbaycan Almaniya Dostluq Cəmiyyətinin “Körpü” mükafatları laureatı Etibar Əliyev, Türkiyə Respublikasından Çocuk ve gençlik edebiyyatı yönetim kurulu üyesi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şairə, yazıçı, təqaüdçü müəllim Gülay Sormageç, Ali Rıza Özkan, İran İslam Respublikasından İran Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycan Aşıqlar Birliyinin üzvü, şair, tədqiqatçı, elmlər doktoru Məhəmməd İbadi (Alışıq), Qırğızıstan Respublikasından Qırğızıstan Respublikası Oş Dövlət Universiteti İlahiyat fakültəsinin sərbəst araşdırmacısı, Ankara Universiteti İlahiyat fakültəsi doktora məzunu, tərcüməçi, yazıçı və sərbəst araşdırmacı Saida Saipova təmsil edərək maraqlı mövzularla çıxış etdilər.
 
Çıxışlarında alimlər türkdilli xalqlarının ortaq telli, nəfəsli və vurmalı musiqi alətlərinin (saz, qopuz, domra, kaman, davul, zurna, balaban və s.) oxşar və fərqli cəhətlərindən, türkdilli xalqlar arasında özünəməxsus yerinin olmasından, səs zənginliklərindən, onların türk folklorunda, həyatın müxtəlif sahələrində istifadəsindən söz açıblar. Bundan əlavə tədbirdə dahi Nizaminin yaradıcılığından, muğam əsərlərindən parçalar və məşhur musiqiçi, kamança ifaçısı Mark Eliyahunun ifasında gözəl muğam parçası səsləndi.

Oxunub: 581

Əlavə olunub: 26.11.2021 13:35

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz