Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa ziyalıları: Zakir Bağırov

Əməkdar incəsənət xadimi, professor Zakir Cavad oğlu Bağırov 1916-cı ildə Şuşada doğulub. Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra ömrünün sonuna kimi elə həmin təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışıb.
Bəstəkar Xalq Çalğı Alətləri Orkestri üçün süitaların, fortepiano ilə orkestr üçün konsertin, orqan üçün improvizasiya və fuqanın, kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Zakir Bağırov “Aygün”, “Qoca Xottabıç” operalarının, “Kəndimizin mahnısı”, “Qaynana” operettalarının, “Çahargah” muğamı əsasında arfa üçün Rapsodiyanın müəllifidir.
Azərbaycan mədəniyyət tarixində öz yeri olan bəstəkar bir çox teatr tamaşasına və kinofilmə musiqi yazmışdır. Musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

Oxunub: 292

Əlavə olunub: 11.10.2022 09:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz