Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şuşa ziyalıları: Sürəyya Ağaoğlu

Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşa şəhərində anadan olmuşdur. O, Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi fikir tarixində böyük rol oynamış yazıçı, şərqşünas alim, dövlət xadimi Əhməd bəy Ağaoğlunun 7 övladından biridir. Şuşalı Sürəyya xanım Türkiyənin ilk vəkil qadını olub.
 
Əhməd bəy Ağaoğlunun Türkiyədə mühacirət həyatı Sürəyyanı da atası ilə birlikdə qürbət eldə yaşamağa məcbur olur. İlk dövrlər düşdüyü mühitə uyğunlaşa bilməsə də atasının onunla fərdi çalışmağı və özünün inadkarlığı ilə bir çox çətinlikləri geridə qoymuşdu.
 
İstanbul Universitetinin hüquq fakültəsində təhsil alan Sürəyya Ağaoğlu ilk türk qadını idi ki, kişilərlə bir yerdə təhsil alırdı. Bu, o vaxt Türkiyədə bir canlanmaya, eləcə də təəccübə səbəb olmuşdu.
 
Ömrünün 65 ilini sərbəst vəkilliyə həsr etmiş Sürəyya xanım 1948-ci ildə Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinə üzv seçilmiş, daha sonra iki il həmin cəmiyyətin prezidenti olmuşdur.
O, 1949-cu ildə Beynəlxalq Vəkillər Komissiyasına seçilən yeganə qadın hüquqşünas idi. Sürəyya xanım Ağaoğlu həm də mətbuat aləmində tez-tez öz imzası görünən bir publisist idi. O, “Londonda gördüklərim”, “Bir ömür də belə keçdi” kitablarının müəllifidir.

Oxunub: 86

Əlavə olunub: 12.08.2022 22:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz