Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Siyasi prioritetlər

      Bildiyiniz kimi, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Cənab Prezident İlham Əliyevin həmin iclasdakı nitqidövlət quruculuğu müstəvisindətaleyüklü əhəmiyyət daşıyır və əminəm ki, hələ uzun müddət sözügedən çıxışa, habelə səsləndirilmişstrateji mesajlara istinad olunacaqdır. Ümid edirəm qeyd olunan çıxış təkcə qəzet məqalələrinin və ya televiziya reportajlarının obyekti olmaqla məhdudlaşmayacaq, eyni zamanda, alimlərimizin fundamental təhlil və tədqiqatlar obyektinə də çevriləcəkdir. Ən azından ondan ötrü ki, məhz bu cür təhlillər nəticəsində biz Azərbaycanda siyasi elmin milli nəzəri məktəbinin inkişafına ümid edə bilərik.

  Mövcud halda qəzet məqaləsinin formatı ilə məhdudlaşaraq sözügedən çıxış zamanı cənab Prezident tərəfindən edilmiş bir neçə önəmli siyasi vurğuları qabartmaq istərdim. Xalq və millət olaraq aid olduğumuzdinin, sahib olduğumuz ənənələrin və mentalitetimizin önəmli əxlaqi keyfiyyətlərdən biri də çəkilən əziyyətə və nümayiş olunan sadiqliyə görə insanlara yüksək qiymət və dəyər verməkdən ibarətdir. Eyniliklə cənab Prezident öz nitqini məhz minnətdarlıqdan başladı: "İlk növbədə, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürümü bildirirəm". Razılaşın ki, bu cür gözəl örnək və nümunəvi davranış yüksək  siyasi mədəniyyətin göstəricisidir. 

    Çıxış zamanı cənab Prezident ölkəmizdə başlamış islahatların qarşısında duran strateji hədəfləri müəyyən etmiş və onların reallaşması prosesində Milli Məclisin rolunu da qeyd etmişdir. Belə ki, seçkilərin məhz fevral ayında keçirilməsinin əsas səbəbi sistemli islahatları dərinləşdirməkdən ibarət olduğunu bildirən ölkə başçısı məsələ ilə bağlı bir sıra strateji vəzifələri müəyyən etmişdir. Məhz sözügedən kontekstdə İlham Əliyevin "Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır" kimi ifadəsi islahatların strateji təyinatını müəyyən edir.

      Heçdə təsadüfi deyil ki, cənab Prezident ölkəmizdə reallaşan siyasi kursu "islahatçı kurs" kimi adlandırmışdır. Əslində islahat İlham Əliyevin dövlət siyasətinin əsas səciyyəvi özəlliklərdən biridir. Burada dünyanın siyasi tarixinə müraciət etsək bizə aydın olacaqdır ki, davamlı islahatların aparılması yalnız öz gücünə inanan, əlçatan, dəyişikliklərdən çəkinməyən, peşəkar və siyasi hakimiyyətində məhz xalqın mütləq dəstəyinə arxalanan lider şəxslərə məxsus keyfiyyətdir.  

   Ölkə başçısının çıxışı zamanı xüsusilə diqqətimi cəlb edən digər sözlərini sitat olaraq gətirmək istərdim: "Əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır". Hesab edirəm ki, bu sözlər dövlət qulluqçularının və ümumiyyətlə öz sosial məsuliyyətini dərk edən hər bir vətəndaşın şəxsi "əxlaq kodeksi"nin əsasını təşkil etməlidir. Vətəndaşın və məmurun gördüyü işinin qiymətləndirmə meyarları sırasında "niyyət" kimi göstəricininyer tutması ölkəmizdə vətəndaş cəmiyyətin prinsiplərinin qısa müddət ərzində bərqərar olmasına inamımızı artırır. Bu mənada ölkə başçısının çıxışındakı "Məsuliyyət ən vacib məsələlərdən biridir" - ifadəsi əslində Azərbaycanda sosial məsuliyyət məfhumunu siyasi dəyər statusuna qədər yüksəltmiş olur.

     Yeni seçilmiş millət vəkillərinin qarşısında çıxış edərkən cənab Prezident siyasi islahatlar mövzusuna da toxunmuşdur. Siyasi prioritetlər kontekstində ölkə başçısının növbəti sözlərinin sitat olaraq səsləndirilməsi zəruridir: "Mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var... Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq". Misal gətirdiyimiz sitat eyni zamanda ölkə başçımızın dövlət quruculuğu məsələlərində açıq siyasi münasibətlər, sağlam siyasi rəqabət, siyasi plüralizm və demokratik prinsiplərə dəyər verdiyinə dəlalət edir.

   Daha sonra proqram xarakterli çıxışında cənab Prezident  informasiya mühafizəsinin xüsusiyyətləri, sosial siyasətin prioritetləri, gənclərin milli ruhda tərbiyə almalarının önəmi, siyasi təhdidlər kontektsində "beşinci kolon", təbliğat strategiyaları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin artan rolu, ordu quruculuğu, beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq prinsiplərininbərqərar olunmasında Azərbaycanın siyasi çəkisi, hərbi quruculuq, regional və beynəlxalq nəqliyyat-kommunikasiya layihələriçərçivəsində ölkəmizin nəqliyyat qovşağına çevrilməsi, tranzit statusu və digər bir sıra strateji məsələlərə toxunmuşdur. Hesab edirəm ki, konkret sahələrin strateji prioritetlərini müəyyən etmək iqtidarında olan cənab Prezidentin sözügedən nitqiprinsipial şəkildə xüsusi elmi diskussiyaların və fundamental tədqiqatlarının obyektinə çevrilməlidir.

Asif Usubəliyev - siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Oxunub: 1197

Əlavə olunub: 23.03.2020 10:10

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz