Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Sənətkarın dostu" Elnur Əhmədovla görüşəcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Elnur Əhmədov ilə görüş keçiriləcək.

11 dekabr 2024-cü il tarixində Ağdaş şəhər Habil Əliyev adına 1 №-li Uşaq Musiqi Məktəbində baş tutacaq görüşdə kamança aləti və onun ifaçılıq ənənələri, peşəkar musiqi mədəniyyətinin inkişafında kamançanın rolu, pedaqoji fəaliyyət, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması istiqamətində söhbət aparılacaq.

Oxunub: 559

Əlavə olunub: 06.12.2024 06:22

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz