Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəmistan Əlizamanlı ilə görüş keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycanın hərbi diktoru, hərbi-vətənpərvərlik nəğmələrinin ifaçısı Şəmistan Əlizamanlı ilə görüş keçiriləcək.
 
Görüşdə 44 günlük Vətən müharibəsində şanlı qələbənin əldə olunmasında hərbi-vətənpərvərlik nəğmələrinin rolu və əhəmiyyəti, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi istiqamətində söhbət aparılacaq. Şəmistan Əlizamanlının, Dövlət Nəfəs Alətləri Orkestrinin və istedadlı gənclərin ifasında müxtəlif musiqi əsərləri təqdim olunacaq.

Oxunub: 356

Əlavə olunub: 20.06.2024 14:53

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz