Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Şəkidə ustad dərsləri keçiriləcəkdir

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar  Şəfiqə Axundovanın 100 illik yubileyi çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri təşkil ediləcəkdir.

9-14 dekabr tarixlərində Şəki şəhərinin 4 №-li uşaq musiqi məktəbində baş tutacaq ustad dərsləri tar ifaçısı, Əməkdar artist Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən keçiriləcəkdir.

Ustad dərsinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, lazımi metodiki köməkliyin göstərilməsi həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərin artırılmasıdır.

Oxunub: 529

Əlavə olunub: 03.12.2024 07:21

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz