Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Rok musiqisi:stereotiplər və reallıqlar mübarizəsi

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir və bu gün özünün yeni dövrünü yaşayır.  Müasir musiqi janrına aid, 1960-1970-ci illərdə ilk və tək milli rok-opera müəllifi Xalq artisti Oqtay Kazımi tərəfindən Azərbaycana gətirilən, bu musiqi janrının ölkəmizdəki yeri bir çox tərzdə müəyyənləşib. 

Milli rokun hazırki vəzyyətinin  araşdırılması və müzakirə edilməsi məqsədilə cari ilin 2 sentyabr tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasarıtma Mərkəzi ölkəmizdə və onun xaricində fəaliyyət göstərən müxtəlif rok qrupları, həmçinin solo rok ifaçılarından ibarət “Rok musiqisi: stereotiplər və reallıqlar mübarizəsi” adllı vebinar təşkil edib. Vebinarda rok ifaçılarının (qruplarının) bugünə qədər əldə etdiyi uğurlar, həmçinin milli rokun cari vəziyyəti - müəyyən səbəbdən zəif fəaliyyəti və bununla bağlı mövcud problemlərin həlli üçün ifaçıların müvafiq təklifləri dinlənilməklə  bu istiqamətdə fikir mübadiləsi aparılmışdır. Həmçinin gələcəkdə Azərbaycan rok musiqisinin inkişafına xidmət edəcək müxtəlif üsulların tətbiqi də müzakirə mövzusu olmuşdur.

Metodiki iş şöbəsinin sektor müdiri Nadir Məmmədovun (NADO) moderatorluğu ilə keçirilən tədbirin açılışında Azərbaycanlı rok musiqiçilərinin ifalarından ibarət videoçarx nümayiş olundu.

Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə ilə yanaşı vebinarda Joseph Abbas (Yusif Abbasov), Jeyhun Samedov (“Sirat” qrupunun yaradıcısı və keçmiş), “Dədə-baba” qrupu (Orxan Musayev), Elçin Emin (“Bəndə” və “Sirr” qrupu),  “Mikope band” qrupu (Nərimanov Nərimanov), Şahin Əlizadə (“The feeling Band” qrupunun keçmiş üzvü), Elçin Elşad (“5.59” qrupunun yaradıcısı və keçmiş üzvü), “The etude band” (Şamxal Nuriyev, Vüqar Rəhimli, Rüstəm Nağdıyev), “Pyraweed” qrupu (Nijat Hasanzade, Murad Həsənov), “Diqqət” qrupu (Elvin Bağırov), “Fatal nation” qrupu (Ramin Sadıqov), Altun Zeynalov (ABŞ),  “Jafarlinsky band” qrupu (Nurlan Jafarlinsky) və Rusiyadan əfsanəvi “Yuxu” qrupunun vokal ifaçısı Cəsur Nemətov çıxış ediblər. Beləliklə tədbirdə Azərbaycanda fəaliyyət göstərən ifaçılarla yanaşı ölkə xaricindən də (ABŞ, Rusiya, Niderland) həmyerlilərimiz iştirak edib.

Çıxış edənlər sahədə mövcud vəziyyətdən danışaraq bildirdilər ki, Azərbaycanda rok qruplarının texniki təchizatı ilə təmin olunması və media məkanına konsert, festivalları ilə çıxması olduqca vacibdir. Vurğulandı ki, rok janrı musiqinin özü kimi çox rəngarəngdir. Onu hamiya  bəyəndirmək, fərqli ifa tərzi ilə harmoniyasını tapmaq mümkündür və hər janrın yaşamasına haqqı var. Amma ölkəmizdə rok musiqiçilərinə və bu maraqlı janrın özünə subyektiv münasibət hələ də qalmaqdadır.

Qeyd edək ki, vebinar zamanı “Yuxu” və “Jafarlinski band”  qruplarının ifasında bir neçə rok kompozisiyaları səsləndi.

Tədbirin sonunda Mərkəzinin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirdi ki, çıxış yolu kimi gənc və yeniyetmələrdə müstəqil və kreativ fikirləşmə qabiliyyətini formalaşdırması, stereotiplərin qırılması və rok qrupların yaradıcılığında vətənpərvərlik və dövlətçilik mövzulaınra müraciət edilməsi məqsədəuyğundur. Rok musiqisinin inkişafı və təbliği məqsədilə, bu janrında gözəl ənənələrə malik məşhur xarici qruplarla əlaqə yaratmaq və təcrübə mübadiləsi həyata keçrimək arzuolunandır.

 

 

Oxunub: 557

Əlavə olunub: 03.09.2020 12:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz