Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Peşəkar teatr dərsləri” Lənkəranda

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində növbəti ustad dərsləri 2-13 dekabr tarixlərində Lənkəran Dövlət Dram Teatrında təşkil olunacaqdır.

Təlimlər Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov və teatrşünas Dağlar Yusif tərəfindən keçiriləcək.

Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır.

Oxunub: 465

Əlavə olunub: 29.11.2024 06:34

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz