Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Ölkəmizdə könüllülük fəaliyyəti şaxələnir

Ölkə rəhbərliyi tərəfindən son dövrlərdə aparılan işlər və mədəniyyətə ayrılan misilsiz qayğının nəticəsi olaraq gənclərimizin sözügedən sahəyə artan diqqətin şahidi oluruq. Mövcud kontekstdə ölkəmizdə sürətlə inkişaf edən könüllülük fəaliyyəti də xüsusi olaraq vurğulanmalıdır. Belə ki, 30 iyul 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı icrasına pandemiya dövründə xüsusi fəallıq göstərmiş regionlarda çalışan gənc mədəniyyət könüllüləri ilə görüş təşkil olunub.

Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə giriş sözü ilə açan Mərkəzin elmi katibi Cavid Əliyev bildirdi ki, ötən ildə Mərkəz tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdə, yarışlarda, sərgilərdə, müsabiqələrdə, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə gənc mədəniyyət işçiləri və tələbələr könüllü olaraq fəal iştirak etmişlər. Qeyd edildi ki, görüşün təşkilində əsas məqsəd pandemiya dövründə mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin inkişafı, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir. Həmçinin, pandemiya dövründə xüsusi fəallıq göstərmiş gənc mədəniyyət könüllülərinin mükafatlandırılmasıdır.

Mərkəzin şöbə müdiri Nurəddin Babazadə pandemiya dövründə yerli və beynəlxalq könüllülük fəaliyyətini müqayisəli təhlil etdi, nöqsan və üstünlüklər, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verdi. Mədəniyyət və incəsənət sahələrində çalışan gəncləri, xüsusən, bu dövründə  könüllülük fəaliyyətində fəal olmağına çağırdı.

Tədbirin təşəbbüskarı olan Gədəbəy rayonun Heydər Əliyev Mərkəzinin direktoru Pərviz MBayramovun rəhbərlik etdiyi ideoloji müəssisənin fəaliyyəti, habelə rayonun mədəniyyət könüllülərinin həyata keçirdiyi tədbirlər və digər təşəbbüslər barədə ətraflı məlumat verdi. Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev məktəbin fəaliyyətindən bəhs etdi.

Öz növbəsində çıxış edən Gədəbəy rayonunun mədəniyyət könüllüləri sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər. Sonda Mədəniyyət könüllüləri Nicat Nəsibova, Fatimə Əmiraslanovaya, Nəhayət Mustafayevə, Sübhan Xıdırzadəyə, Muraz Süleymanova və Narın Məmmədhəsənovaya ictimai fəallığına görə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sertifikatları təqdim olundu.

Görüşün sonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru, mədəniyyət sahəsində könüllülük fəaliyyətinin koordinatoru Asif Usubəliyev çıxış edərək gənc mədəniyyət könüllülərini və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminliyini ifadə etdi. Direktor bildirdi ki, keçən il Mərkəzin sayəsində könüllülər sırasına Lənkəran Dövlət Universitətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Xoreografiya Akademiyasının, Bakı Humanitar kollecinin tələbələri də qoşulub. Vurğuladı ki, öz tarixini, mədəniyyətini, mənəviyyatını tədqiq və təbliğ edən hər bir şəxsi könüllü adlandırmaq olar. Eyni zamanda bundan sonra regionlardan fəaliyyət göstərən Mədəniyyət könüllülərin vəsiqə və sertifikatların məhz regionun Heydər Əliyev Mərkəzlərində təqdim olunacağı barədə məlumat verdi.

            Qeyd edək ki, tədbirdə Mərkəzin əməkdaşları və könüllülərlə yanaşı bir sıra Heydər Əliyev Mərkəzlərinin direktorları da iştirak etmişdir.

 

Oxunub: 659

Əlavə olunub: 30.07.2020 12:06

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz