Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Naxçıvan abidələri: Gülüstan türbəsi

Tarixin yadigarlarından biri olan və Culfa şəhərində yerləşən abidələrdən biri də Gülüstan türbəsidir. Türbə Araz çayının sol sahilində qoruq ərazisində yerləşir.
XII əsrə aid olan bu qəbirüstü abidə memarlıq-konstruktiv quruluşuna görə digər türbə tipli abidələrdən fərqlənir. Belə ki, xaricdən kəsik piramida, daxildən silindirik quruluşu olan abidənin yuxarı hissəsi 12 üzlü qüllədən ibarətdir.
Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi diqqəti cəlb edir.

Oxunub: 60

Əlavə olunub: 04.08.2022 10:51

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz