Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Nağılların audiovizual təqdimatı" (video)

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Kukla Teatrının dəstəyi ilə "Nağılların audiovizual təqdimatı" layihəsinə başlanılır.

Layihənin məqsədi uşaqların dünyagörüşünü, düşüncə tərzini zənginləşdirmək, onlarda ədəbiyyata və teatra sevgi aşılamaqdır.

Kukla Teatrının səhnələşdirdiyi tamaşalardan kadrların yer aldığı, obrazlı səsləndirmə və gözoxşayan tərtibatda hazırlanan layihənin ilk buraxılışı Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-poeması olub. Sadə məzmundan, maraqlı süjet xəttindən ibarət əsərdə hadisələr axıcı dillə təsvir edilir.

Maarifləndiricilik baxımından da xüsusi əhəmiyyətə malik layihə çərçivəsində bir sıra qədim və müasir nağılların videotəqdimatlarının hazırlanması nəzərdə tutulur.

Oxunub: 397

Əlavə olunub: 26.08.2024 09:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz