Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mirzə Ələkbər Sabir (1862-1911) anadan olub

30 may 1862–ci il tarixində Böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabir (1862-1911) anadan olub. 

“Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin “Oxutmuram, əl çəkin”, “Xandostu, amandı qoyma gəldi”, “Əkinçi”, “Fəhlə” və yüzlərlə bu kimi satirik şeiri insanları maariflənməyə sövq edir, savadsızlığa, cəhalətə qarşı mübarizəyə səsləyirdi. Ümumiyyətlə, onun əsərlərinin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil edib.

Vəfatından bir il sonra, 1912-ci ildə Mirzə Ələkbər Sabirin şeirləri “Hophopnamə” adı ilə çap olunub.

Oxunub: 761

Əlavə olunub: 30.05.2020 07:07

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz