Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli musiqi alətləri: Çəng

Əsrlər əvvəl Azərbaycanda ifa edilən çəng əksər Şərq xalqlarında mövcud olan eyniadlı alətdən diapazonunun böyüklüyünə görə fərqlənirdi. Uzunsov və qövsvari çanağın açıq üzünə balıq dərisi çəkilən çəng müasir musiqi aləti olan arfanın ibtidaisi sayılır.
 
Əsasən, saray məclislərində ifa olunan musiqi aləti Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi və başqa şairlərin əsərlərində vəsf edilmişdir.
 
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında və Əbdülqadir Marağainin "Məqasid-əl-əlhan" əsərində çəng haqqında məlumat verilib.

Oxunub: 421

Əlavə olunub: 13.05.2022 21:22

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz