Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli geyim: Çəpkən

Xalqımızın çoxəsrlik geyim mədəniyyətində maraq cəlb edən nümunələrdən biri də çəpkən olmuşdur.
Qadın geyim dəstlərində xüsusilə işlək nümunə olan çəpkən rəng müxtəlifliyinə və naxışlarına görə iqtisadi vəziyyəti əks etdirirdi. Şuşa, Xankəndi, Şamaxı, Bakı, Şəki və s. bölgələrdə geniş yayılan çəpkən tirmə, darayı, məxmər, eləcə də müxtəlif ipək və zərli parçalardan hazırlanırdı.
Maraqlı quruluşa malik olan geyim nümunəsi yaxa, ətək və qol hissədən zərif bafta, kəbəzəncir kimi tikmələrlə bəzədilmişdir. Yan tərəflərin ətəyə yaxın hissəsində çapıqlar olan çəpkənin əlcək tikilmiş yalançı qollarına qiymətli parçadan astar, bəzən də düymələr əlavə olunurdu.
Bədənə oturması üçün çəpkən belə qədər kip tikilirdi. Tikiliş baxımından fərqli cəhətləri əks etdirən çəpkənin sadə, pullu və s. növləri olub nisbətən qısa, həmçinin qolsuz formada hazırlanırdı.

Oxunub: 329

Əlavə olunub: 21.10.2022 14:35

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz