Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Milli geyim: Arxalıq

Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsinə çevrilən milli geyimlər üslub və forma baxımından müxtəlif çalarlar əks etdirmişdir.
Bir sıra bölgələrimizdə, xüsusilə Qarabağ və sənət beşiyi olan Şuşada yaşayan sənətkarların hazırladığı arxalıq, kürdü, çəpkən, baharı və s. geyim nümunələri zərifliyi ilə seçilirdi.
İşlək geyim növü sayılan arxalıqlar tirmə, tafta, atlas, zərxara, məxmər, darayı və s. parçalardan tikilib sinfi mənsubiyyəti də bildirirdi. Qadınların çox istifadə etdiyi arxalıqlar əlvanlığı və zərif işləmələrilə seçilirdi.
Gövdə ilə ətək hüdudunda çarpaz və ya düymə ilə bağlanan arxalıqlar bədənə kip oturmaqla qadın görkəmini saxlayırdı. Şuşa sənətkarlarının hazırladığı arxalıqlar düzbucaqlı kəsim tərzi ilə fərqləndirilmişdir.

Oxunub: 377

Əlavə olunub: 16.10.2022 21:02

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz