Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

MEMİM Füzuli Şəhəri Günündə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, təsis edilmiş işğaldan azad olunan şəhər günləri üzrə 17 oktyabr Füzuli Şəhəri Günü ilə əlaqədar genişmiqyaslı tədbir təşkil olunub.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri, Respublikanın əməkdar artisti,  Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, tarzən Neymət Mürsəlovun  iştirak etdiyi tədbir tarix, sənət və mədəniyyət baxımından maraqlı məqamlarla yadda qalıb.

Sözügedən tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Füzulidə baş tutub.

Dövlət və hökumət rəsmilərinin, eləcə də incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti Neymət  Mürsəlov, ustad tarzənlər, uşaq, yeniyetmə və gənclərdən ibarət 100 nəfərlik heyət Vüqar Camalzadənin bəstələdiyi “100 tar” adlı möhtəşəm kompozisiya ilə çıxış edib.    

Oxunub: 854

Əlavə olunub: 18.10.2023 17:30

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz