Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Mədəniyyətimizin KIV-lər vasitələrində təbliği

“İnternet məkan ikinci cəbhədirsə, jurnalistlər də ikinci ordudur”

           

Məhz bu sözlər əsas fikir olaraq, 22 iyul 2020-ci il tarxində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunmuş “Mədəniyyətimizin kütləvi informasiya vasitələrində təbliği” adlı vebinar zamanı səsləndirilmişdir.

145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamının  imzalanması bunun bariz nümunəsidir.

Tədbirin açılışında “Əkinçidən başlanan tarix...” adlı  videoçarx nümayiş olunub. Vebinarda Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Həmçinin, filologiya üzrə elmlər doktoru, professor, BDU–nun Jurnalistika kafedrasının müdiri Cahangir Məmmədli, əməkdar jurnalist, Azərbaycan Televiziyasının  baş redaktoru  Flora Xəlilzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Qərənfil Dünyamin, Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu, məşhur siyasi icmalçı Tofiqəxanım Qasımova (Nurani, minval.az), Azərbaycan Radiosunun baş redaktor müavini Dilşad Tahirqızı, «Mədəniyyət» Televiziya kanalının direktor müavini Bəhruz Niftəliyev, əməkdar mədəniyyət işçisi Səadət Şirinova, Mərkəzin şöbə müdiri Nurəddin Babazadə, əməkdaşı Rafiqə Nəsirova mövzu ətrafinda çıxış ediblər.

Çıxış edənlər milli mətbuatımızın tarixindən, mədəniyyətimizin təbliği istiqamətindən, informasiya müharibəsində mətbuatın rolundan, jurnalistlərin nitq mədəniyyətindən və digər mövzulardan danışıblar.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev  çıxış zamanı bildirildi ki, vebinarın məqsədi mədəniyyətimizin təbliğində KİV-in mühüm rolunu bir daha vurğulamaqdır. O qeyd etdi ki, informasiya məkanında mədəniyyət mövzusu qədər həssas və müdafiəsiz bir sahə yoxdur. Mədəniyyət nümunələrimizin mənimsənilməsinə cəhdlər də buna misaldır. Mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti önəmlidir. Bilavasitə mədəniyyət üzrə ixtisaslaşmış jurnalist kadrların azlığı səbəbindən mövcud sahədə baş verənlərə və müşahidə olunan dünya tendensiyalarına peşəkar yorumların sayının azlığı səbəbindən mədəniyyət siyasətin qarşısında duran hədəflərə nail olunmasında müəyyən çətinliklər yaşanır. A.Usubəliyev xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan reallıqlarını nəzərə alaraq, internet məkanının ikinci cəbhə, jurnalistlərin isə ikinci ordu adlandırılması mümkündür.

 

Oxunub: 691

Əlavə olunub: 22.07.2020 09:47

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz