Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

"Mədəniyyət naminə elm" layihəsi türk professorla

Cari ilin 26 sentyabr tarixində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi növbəti "Mədəniyyət naminə elm" layihəsi çərçivəsində Yunus Əmrə Bakı İnstitutunun təşkilati dəstəyi ilə “XIX əsrində türk dünyası və yaponlar" mövzusunda beynəlxalq konfransı təşkil edib.

Ölkəmizdə yaranmış mürəkkəb vəziyyətə baxmayaraq Mərkəz əhalinin evdə keçirdikləri zamanı məna və maraq ilə doldurulması məqsədilə müxtəlif maraqlı və aktual mövzulara həsr olunmuş yerli və xarici tanınmış alimlərin mühazirələrini təqdim etməyə davam edir.

Bu dəfə konfransın qonağı məşhur türk alimi, Prof. Dr. Ali Merthan Dündar olub. 60-dan çox iştirakçının qatıldığı tədbirdə Mərkəzin və Yunus Əmrə Bakı İnstitutunun rəhbərliyi və əməkdaşları ilə yanaşı respublikamızın bölgələrində çalışan mədəniyyət işçiləri də iştirak edib.

Çıxış edənlər, mərkəzin elmi katibi Cavid Əliyev, Yunus Əmrə Bakı İnstitutunun rəhbəri Selçuk Karakılıç konfransın 26 sentyabr Türk dili bayramı günündə keçirildiyini bildirərək, qeyd etdilər ki, "Mədəniyyət naminə elm" layihəsi mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsində, o cümlədən Azərbaycan və Türkiyə reallıqların dünya ictimaiyyətin diqqətinə çatdırılmasında elmi potensialın iştirakının artırılması, sahədə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəldilməsi, habelə təhlil və mütaliə vərdişlərinin formalaşması məqsədilə davam etdirir.

Professor Dündar Yaponianın digər dövlətlərdən uzağ yerləşməsinə baxmayaraq öz mədəniyyətinin dünya mədəniyyətlərinə təsiretmə bacarığından danışaraq,  İmperatorluğu bu gün dünya iqtisadiyyatına, ticarətinə, ümumiyyətlə həyat tərzinə güclü təsir göstərməyə davam edirlər. Alim Azərbaycan, Türkiyə və Yaponiyanın mədəniyyətlərinin əlaqələrindən də bəhs etdi.  

Qeyd edək ki, Mərkəzin və Yunus Əmrə Bakı İnstitutunun uzun illik əmədaşlıq tarixi var. Tərəflər 2017 ildə İvanovka kəndində keçirilmiş I Beynəlxalq elmi-praktik seminar çərçivəsində əməkdaşlıq memorandumu imzalayıblar. 2018-ci ildə Gəncə şəhərində birgə “IV Türk dünyası ənənəvi uşaq oyunları festivalı”, 2019-cu ildə isə “Əl sənətləri  texnologuyaları: Ebru” adlı birgə elmi-praktiki seminarı təşkil ediblər.

Sonda yaranmış diskussiyada iştirakçılar milli-mənəvi sərvətlərin qorunması, fəlsəfə, türk mədəniyyətin tarixi, mövcud reallıqda müasir mədəniyyət siyasətinin xüsusiyyətləri, ədəbiyyat, mədəniyyətin təbliği, milli mədəniyyətin təbliği kimi mövzulara toxunublar.

 

Oxunub: 574

Əlavə olunub: 26.09.2020 15:47

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz