Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

İrs nümunələrimizi əks etdirən təqvim hazırlanıb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Azərbaycanın UNESCO-nun qorunma siyahılarındakı irs nümunələrini əks etdirən 2026-cı ilin təqvimi hazırlanıb.
Təqvimdə Azərbaycanın xalçaçılıq, aşıq, muğam sənətləri, çövkən oyunu və s. yer alıb. UNESCO-nun Ümumdünya İrs Siyahısındakı 5 tarixi məkan – Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qoruğu, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayı, Xınalıq və Köç yolu mədəni landşaftı və Hirkan meşələri də təqvimdə əks olunub. 
Qeyd edək ki, hazırda ölkəmizdən UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında 22, Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında isə 2 irs nümunəsi yer alır. Azərbaycan qeyri-maddi mədəni irs elementlərinin sayına görə UNESCO reyestrində Çin (44 element), Türkiyə (30), Fransa (29), İran (26) və İspaniyadan (25) sonra altıncı sıradadır.

Oxunub: 226

Əlavə olunub: 27.01.2026 08:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz