Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Dünya kitabxanalara virtual səyəhət

Kitabxana assosiasiyalarının və idarələrinin Beynəlxalq federasiyasının məlumatına müvafiq olaraq bu gün dünyada 569 000 artıq kitabxana fəaliyyət göstərir. Onlar daha çox sayda Avropada (440 000 artıq kitabxanalar, eləcə də, onların filialları və şöbələri) və Şimali Amerikada (burada 125 000 artıq kitabxana fəaliyyət göstərir) yerləşmişdirlər. Afrikada isə bu “bilik məbədləri” daha az sayda – yalnız 1 200 kitabxana olmaqla fəaliyyət göstərir.
İnternetin sürətli inkişafı və elektron kitabların daha çox məşhurlaşması dövründə ənənəvi kitabxanalar həmişə olduğu kimi öz aktuallığını itirməmişdir. Bütün dünyada yeni müdriklik xəzinələri açılır. Bu zaman kitabxanalar qeyri – adi funksiyaları yerinə yetirir, və bu da elektron qajetlərin kütləvi şəkildə istifadə olunması haqqında ümumiyyətlə, söhbət getmədiyi dövrlərdə olduğu kimi kitabxanalarda oxucuların sayını artırır.
Texnologiyaların inkişafı vərdiş olunan predmetləri və əsrlər boyu təşəkkül tapan ictimai məkanları və münasibətləri radikal qaydada transformasiya edir. Hətta kitabxanalar kimi konservativ ictimai institutlar belə sürətlə tanınmaz hala gəlir. Kitabxanalar zamanın oyununun qaydalarını qəbul edir və yüksək texnoloji media mərkəzlərinə çevrilir və: «Əgər praktiki olaraq istənilən kitabı hər yerdə və həmişə oxumaq mümkündürsə, o zaman kitabxanaya gəlməyin nə anlamı vardır?» — sualına yeni gözlənilməz ideyalar ilə cavab verirlər.
Burada gələcəyin kitabxanasının necə olacağını anlamaq üçün təcrübədə müxtəlif yenilikçi ideyaları tətbiq etmiş 7 fövqəl müasir kitabxanalar təqdim olunmuşdur.

“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO
“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO



Vyana Universitetinin Kitabxanası

Vyana Universitetinin Kitabxanası kitabxanalar tərəfindən istifadə olunmanın rəqəmsal texnologiyaların ən inandırıcı nümunələrindən biridir. Kitabxanaların əksəriyyətində elektron bazaların əlavə xidmət olmaları ilə Vyana Universitetində rəqəmlərə istinad etmişdir. On minlərlə elektron kitablar, mütəmadi nəşrlər və məlumatlar bazası, mobil resurslar QR – kodların vasitəsilə münasibdir. Yaxın zamanlarda kitabxana ZahaHadidArchitects bürosu tərəfindən layihələndirilmiş yeni korpusa köçür, və bu ona daha çox yenilikçi reputasiya bəxş edəcəkdir. Təqribən 30 dərəcə əyilən futurist konstruksiyası sanki 60-70 ci illərin fantakstik filmlərinin məhsuludur. Bu məkan Library&LearningCenter adlanacaqdır.

“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO
“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO



Filadelfiyanın azad kitabxanası

Kitabxana və texnologiyaların qarşılıqlı fəaliyyəti ilə bağlı bir sıra nümunələrdən sonra kitabxananın bütünlüklə müasir informasiya məkanına uyğunlaşması ilə bağlı hər hansı bir şübhə meydana çıxmır. LakinFiladelfiyanın azad kitabxanası layihəsi sayəsində kitabxana əvvəllər olmadığı məkana – hava limanlarına yollanmışdır. FlyingHigh layihəsi Filadelfiyada hava limanının terminallarından birində Wi-Fi qoşulma zamanı çoxlu sayda elektron kitabların, müəllif audio fayllarının və turist informasiyasının münasib olduğu kitabxananın ilk səhifə olmasından ibarətdir. Elə oradaca yaxın gələcəkdə kitabxana divanların yerləşdirildiyi zonanı açacaqdır və burada istirahət etmək, kitabı oxumaq və qajetləri yükləmək mümkündür.

“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO
“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO



Çikaqonun ictimai kitabxanası

Bu dəfə daha azyaşlı uşaqların kitabxanalara cəlb olunmasının daha bir nümunəsi. Çikaqo ictimai kitabxanası YouMedia layihəsini işə salmış, və bu layihədə yüksək texnoloji kitabxanalar dövründə dünyaya gəlmiş və şuürunda kitabxana haqqında ciddi kitabxanaçı xala və rəflərdə külli miqdarda kitabların olması kimi təsəvvürə malik olan uşaqlar iştirak edəcəklər. Uşaqlar interaktiv tədris proramlarını keçir, 3D – printerin və 3D – skanerin, lazer dəzgahının işi ilə tanış olmalı, eləcə də, KinectCamera istifadə edərək 3D – video konfransını qururlar.

“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO
“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO



Aleksandrin kitabxanası (Misir)

2002 ci ildə iki min il bundan əvvəl məhv edilmiş kitabxananın yerində açılmış Aleksandrin kitabxanası Misirin qüruru və gözəl məkanlarından biri olmuşdur. Günəş diski şəklində inşa olunmuş bina təxminən 8 milyon kitab ehtiyatına malik olmaqla, əhalinin müxtəlif təbəqələri, o cümlədən də, görmə qabiliyyəti zəif olan insanlar üçün ayrı – ayrılıqda ixtisaslaşmış kitabxanalardan ibarətdir. Kitab arxivlərindən savayı, burada dörd iri incəsənət qalereyası, planetariq və qədim foliantları restavrasiya edən müasir emalatxana yaradılmışdır.


“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO

 

“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO



Bruklin bədii kitabxanası (ABŞ)

Bu kitabxanada kitab yoxdur, lakin bunun müqabilində sketçbukların – eskizlər üçün albomların böyük kolleksiyası mövcuddur. 2006 cı ildə Stiven və Sara Pitterman onlar ilə eyni kursda təhsil alan Şeyn Suker ilə birlikdə yekun nəticədə Sketçbukt layihəsinə çevrilən kooperativ yaratmağa başladılar. Bu gün bu artıq geniş kitabxana olub, burada 40 000 illustrasiyalı albom toplanmışdır, və onlardan təxminən 20 000 elektron qaydada nəzərdən keçirmək mümkündür. Bu zaman qeyri – adi kitabxanada həm məşhur rəssamların, həm də yeni fəaliyyətə başlamış rəsaamların və ya illustrasiya rəssamlarının işlərini tapmaq mümkündür. Bütün bunlardan savayı, dünya ilə nəyisə paylaşmaq istəyən şəxs kitabxanada qeydiyyatdan keçərək, 25 dolları məbləğində pul vəsaiti ödəməklə, daha sonra təmiz albom ala bilər. Doldurulduqdan sonra sketçbuk kitabxanaya qaytarılır və tanışlıq üçün münasib olur. Adi stasionar zaldan savayı, kitabxananın daha bir mobil mini - versiyası mövcuddur. Təxminən 4.5 min sketçbuk yerləşdirməyə qadir olan kiçik yük maşını daima ölkədə hərəkət edərək minlərlə insanlara müasir bədii yaradıcılıq ilə tanış olmaq imkanı verir.

“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO
“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO



İvakidə illustrasiyalı uşaq kitablarının muzey – kitabxanası (Yaponiya)

Uşaqlar üçün gözəl məkan Yaponiyada yaradılmışdır. Demək olar ki, bütün həftə ərzində burada məktəbəqədəryaşlı uşaqlar ilə məşğələlər aparılır, cümə günü isə hər bir uşaq kitabxanaya gələrək təklif olunan 10000 kitablardan birini götürüb, parlaq şəkillər ilə tanış ola bilər və ya onları oxuya bilər. İşıqlı zallar və sirlli – müəmmalı qaranlıq dəhlizlər uşaqların xidmətindədir. Memar Tadao Ando arzulayırdı ki, onun yaratdığı binada uşaqlar pəncərədən görünən möhtəşən Sakit okeana baxmaqla arzulamağı öyrənsinlər.


“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO
“Pandemiya  zamanı dünya kitabxanalara virtual sayəhət” - FOTO



Sxipxol hava limanında kitabxana (Niderland)

Bu kitabxana 2010 cu ildə Amstredamın hava limanında açılmışdır və dünyada ilk bu cür müəssisə olmuşdur. Öz reysini gözləyən zaman ərzində istənilən sərnişinin oxuya biləcəyi kitablar burada dünyanın 40 artıq dilində təqdim olunur. İstənilən arzu edən şəxs kitablardan savayı, böyük musiqi kolleksiyasına daxil olmaqla planşetlərdən birini istifadə edə bilər. İki böyük sensorlu ekran istənilən arzu edən şəxsə səyahətçilərinə məsləhətlər vermək, sensorlu xəritədə öz səyahətlərinin yerini qeyd etmək və Hollandiya mədəniyyət idarələrinin rəqəmsal kolleksiyalarını nəzərdən keçirmək imkanı verir. Hal – hazırda üçüncü ekran istismara buraxılır, lakin, hələ ki, onun təyinatı sirr şəklində saxlanılır və açıqlanmır.

Hüseynov Ağamusa
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təlim-tədris şöbəsinin tədris proqramlarının sektorunun əməkdaşı.

Oxunub: 748

Əlavə olunub: 12.08.2020 12:28

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz