Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Dəyişən reallığa uyğunlaşan mədəniyyət

Rəqəmsal fəaliyyətin dövrün tələblərinə uyğun təşkili mədəniyyət subyektlərinin gələcək fəaliyyətinin səmərəliliyinə xidmət edəcəkdir. Bu və digər mövzuları 3 iyul 2020-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Rəqəmsal dünyanın yeni mədəniyyət məkanlarına inteqrasiyası və insanlara psixoloji təsiri” adlı elmi vebinarda iştirak edən alim və mütəxəssislər müzakirəyə çıxardıblar.

           Vebinarda iştirak edənlər, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Ü.Hacıbəyli adına BMA-nın Nəzəriyyə kafedrasının baş müəllimi, professor, əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, “İkinci nəfəs” psixologiya mərkəzinin direktoru, psixoloq Natiq Muradbəyli, Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Ü.Hacıbəyli adına BMA-nın Elmi tədqiqatlar laboratoriyasının müdiri Nuridə İsmayılzadə mədəni mühitdə baş verən bu dəyişiklikliyi insanlar necə qarşılayacaq, mədəniyyət  müəssisələri hansı müstəvidə öz aktuallığını qoruyub saxlaya biləcək, insanlar mədəniyyətin rəqəmsallaşdırılmasına hazırdılarmı - bu və digər suallara cavab verərək, mövzu ətrafında açıq müzakirələr aparıblar.  

Mövcud pandemiyanın cəmiyyətə, ictimaiyyətə, mədəniyyətə və daha çox onun müxtəlif istiqamətlərinə təsiri, çıxış yolları fəlsəfi nöqteyi-nəzərdən müzakirə olunmuşdur.

Vebinarda həmçinin Mərkəzin elmi katibi Cavid Əliyev, elmi işçi Səadət Şirinova, metodist Sevinc Cəfərova mövzu ilə bağlı çıxış ediblər.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev vebinarı yekunlaşdıraraq, vurğulamışdır ki, koronavirus sayəsində dünyanın bütün inkişaf etmiş texnologiyaları bir çox ölkələrin sosial, dini, mədəni, siyasi, iqtisadi, texniki və digər sistemlərini qaçınılmaz dəyişikliklərə məruz qoymuşdur. Unifikasiya, mədəni deqradasiya, yad tendensiyaların yeridilməsi, ənənəvi dəyərlərin dəyişiklərə uğraması, yeni peşə münasibətləri meyarının meydana gəlməsi və s. bu kimi amillərin aktuallaşması müasir dövrdə sahə əməkdaşlarından öz işlərinə ikiqat məsuliyyətlə yanaşmanı tələb etdiyini bildirən A.Usubəliyev mövcud istiqamətdə qısa müddət ərzində gücləndirilmiş təlimlərin təşkil olunacağını vurğulamışdır.

Belə ki, davamlı inkişafın əsas təminedici göstəricilərindən olan mədəniyyət cəmiyyətin modernləşməsi və problemsiz adaptasiyasına da münbit şərait yaratmaq iqtidarındadır.    

 

Oxunub: 635

Əlavə olunub: 03.07.2020 10:12

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz