Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Canli müzakirələr yeni formatda

Cari ilin 18 avqust tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin

təşkilatçılığı ilə "Mədəniyyət işçiləri: Fəal mövqe" mövzusunda yeni formatlı canlı müzakirəsi keçirilib.

Youtube platformasında təşkil olunmuş müzakirə Azərbaycan milli-mədəni dəyərlərinin Ermənistan tərəfindən mənimsənilməsinə və mədəniyyət işçilərinin bu mövzusunda kömək göstərilməsinə həsr olunmuşdur.

Müzakirə  iştirakçıları xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Artıq bu saxtakar hərəkətlər, yəni  «özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi” onların ənənəsinə çevrilmişdir.  Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində məsələnin ciddiliyi Avropa Şurası Parlament Assambleyasının sessiyasına «Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması» sənədində təqdim edilib, «Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar»  Bəyanatında da əks etdirilib.

Məsələ “Dədə Qorqud” eposundan, “Sarı gəlin” mahnısından başlayaraq, “Vağzalı», «Tərəkəmə», «Yallı», «Uzundərə», «Köçəri», «Mirzəyi» kimi xalq rəqslərimizə, lavaş və dolma yeməklərimizdən erməni vandalizminin qurbanı olan işğal altındakı tarix-mədəniyyət abidələrimizə qədər davam edir.

Mərkəzin elmi katibi Cavid Əliyev çıxış edərək, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ Qrupu”nun bu istiqamətindəki fəaliyyətindən danışdı.

İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə vurğuladı ki, işğal altında qalan tarix-mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılmasına baxmayaraq, Azərbaycan ərazisində qalan erməni abidələrinə heç bir zərər verilmir. Bu da ölkəmizin ne qədər sivil və multikultural olduğunu göstərir.

Gəncə şəhər Diyarşünaslıq Mərkəzinin direktoru Pərvin Nəzərəliyeva öx çıxışında qeyd etdi ki, bu vəziyyətdə mədəniyyət işçilərinin üzərində böyük məsuliyyət düşür və bu mənimsənilmələrinin qarşısını alınmasında onlar hər zaman  öndə olmalılar.

Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov çıxış edərək vurğuladı ki, ölkə başçısı tərəfindən apardığı uğurlu praqmatik siyasəti öz nəticələri göstərir. Və biz, mədəniyyət işçiləri daha fəal olmalıyiq və işimizlə bu siyasəti davam etdirməliyik. Bundan əlavə, P.Bayramov bir sıra təkliflər səsləndirib.

Müzakirə zamanı vurğulandı ki, bu mövzusunda mədəniyyət işçilərinin rulu  və köməyi danılmazdır və Mərkəz bu istiqamətində fəal iştirak edir,

Xatırladaq ki, 2016-ci ilin oktyabr ayında Mərkəz Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.  Memorandumda birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılmasından başqa qarşılıqlı informasiya dəstəyinin göstərilməsi kimi məsələləri, qlobal internet şəbəkəsində baş verə biləcək mədəniyyət nümunələrinin mənimsənilmə cəhdlərinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi öz əksini tapmışdır. Sözsüz ki, belə memorandumlar eyni zamanda, mədəniyyət sahəsində aparılan informasiya müharibəsinə də öz töhfəsini verəcəkdir.

Oxunub: 563

Əlavə olunub: 18.08.2020 11:45

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz