Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Bərdə şəhərində yerləşən Bəhmən Mirzə Qacar türbəsi üç gümbəzli orijinal memarlıq nümunəsidir. Arran memarlıq üslubunda inşa edilən abidə bişmiş kərpicdən hazırlanıb.
Gümbəzləri istər xaricdən, istərsə də daxildən bir-birinə ustalıqla bənd edilən türbənin üçüncü və axırıncı otağında qəbir yerləşir. Bir növ sərdabə üslubunda olan qəbrin üstü tağvari formada tamamlanmışdır.
Gümbəzin daxili divarlarının til üstü hissəsində qara mərmər üzərində altı kitabə var. Kitabələrdə nəstəliq xəttilə yazılmış mətnlər əsasən Quran ayələrindəndir. 1880-ci ildə inşa edilən Türbədə Qacarlar sülaləsindən olan alim və tarixçi Bəhmən Mirzə dəfn olunmuşdur.
Oxunub: 126
Əlavə olunub: 27.12.2022 20:34