Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Azərbaycan Virtual Beynəlxalq Festivalda

Cari ilin 26-28 iyun tarixlərində Ümumdünya Folklor Birliyi  (World Folklore Union IGF) tərəfindən video festival keçirilmişdir. Qeyd etməliyik ki, festivalda Azərbaycan tərəfindən sözügedən qurumun rəsmi tərəfdaşı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi təmsil olunmuşdur.   Festivalın 1-ci günü elmi-praktik konfrans, 2-ci günündə isə milli geyimlərin təqdimat mərasimi baş tutumuşdur. Adıçəkilən festivalın konfrans və təqdimat günlərində  Mərkəzin elmi katibi, Bakı Dövlət Universitetinin müəllimi Cavid Əliyev iştirak etmişdir. Video konfransın əsas müzakirə mövzusu mövcud pandemiya dövründə beynəlxalq onlayn festivallarının təşkili, dünya ictimaiyyətinə mədəniyyətin dəstəyi ilə yüksək əhval-ruhiyyənin aşılanması, eyni zamanda hər bir ölkənin milli mədəniyətinin tanıdılması olmuşdur.

Ölkəmiz adından çıxış edən C.Əliyev Mədəniyyət sahəsində fasiləsizliyin önəmindən, habelə milli identikliyin qorunması baxımından folklor festivalının əhəmiyyətindən bəhs etmişdir. O qeyd etmişdir ki, respublikamızda hər iki ildən bir milli azlıqların folklor festivalı, habelə Xalq teatrlarının müsabiqəsinin təşkili və bu movzuya uyğun konfranslar keçirilir.

Festivalın 2-ci günündə Azərbaycanın Milli geyimi olan Çuxa haqqında video rolik təqdim olunmuş və bu əlbisə barədə ətraflı məlumat verilmişdir. Çuxanın tarixi, istifadə qaydaları, ilk dəfə hansı əsərlərdə rast gəlinməsi barədə bilgilər festival iştirakçılarının diqqətinə çatddırılmışdır. Eyni zamanda Çuxanın hazırkı dövrdə əsasən Milli rəqslərin ifası zamanı istifadə olunduğu vurğulanmışdır.

Qeyd edək ki, Virtual Beynəlxalq Folklor Festivalının modertator ölkəsi Ruminya olmuşdur və bu tədbirdə dünyanın bir çox ölkələrindən - o cümlədən Fransa, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Hindistan, Meksika, Ukrayna, Belarus, Polşa, İsrail, Serbiya, Çex Respublikası, Xorvatiya, Yunanıstan, Vyetnam və Kosta-Rikadan  nümayəndələr iştirak etmişdir. Məlumat üçün bildirməliyik  ki, hal-hazırda növbəti festivala Azərbaycanın ev sahibliyi etməsi ətrafında danışıqlar aparılmaqdadır. Belə ki, 50-dən artıq ölkəni özündə birləşdirən sözügedən beynəlxalq təşkilat beynəlxalq müstəvidə milli adət-ənənələrin təbliği və folklor nümayəndələrin tanıdılmasında böyük nüfuza malik olan legitim təşkilatlardandır.

Oxunub: 491

Əlavə olunub: 01.07.2020 05:18

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz