Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Zülfüqar Hacıbəylinin doğum günü (1884-1950)

17 aprel 1884-cü il tarixində Bəstəkar, Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri Zülfüqar Hacıbəylinin doğum günüdür (1884-1950). O, Üzeyir Hacıbəylinin qardaşı, bəstəkar və dirijor Niyazinin atasıdır. Z.Hacıbəyli ilk Azərbaycan operettası - "Əlli yaşında cavan"ın müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həmçinin “Evliykən subay” musiqili komediyasının, “Aşıq Qərib” operasının, “Azərbaycan” kantatasının müəllifidir. 1935-ci ildə oğlu, dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - "Almaz"a musiqi yazıb.

Oxunub: 1021

Əlavə olunub: 17.04.2020 06:22

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz