Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
25 may 1873-cü il tarixində görkəmli Azərbaycan memarı Zivərbəy Əhmədbəyov Şamaxıda anadan olub (1873-1925).
1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. Bakı şəhərinin baş memarı olub (1918-1922).
Şamaxıda Cümə məscidi, İmam məscidi, Bakıda Təzəpir məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidi onun layihələri əsasında tikilib. Əmircanda layihələndirdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb. Bakı Metropoliteninin “Nizami” stansiyasının qarşısında abidəsi ucaldılıb.
Oxunub: 847
Əlavə olunub: 25.05.2020 04:55