Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Zəfər: Körpələrin gülüşü” adlı tamaşa

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Gəncə Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə cari ilin 12 oktyabr tarixində Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Mərkəzində “Zəfər: Körpələrin gülüşü” adlı tamaşa səhnələşdirilmişdir.
 
Təsirli qiraət və musiqili fon kadrları ilə zəngin olan tamaşda Qarabağdan məcburi köçkün düşmüş uşaqların tank belində geri qayıtması, müharibə qaydalarını qəddarcasına pozan düşmənin Gəncə şəhərində mülki əhaliyə etdiyi raket hücümundan sonra əzab-əziyyətlərə və ağır itkilərə rəğmən məğrur duruş və dəyanət göstərən körpənin təbəssümü, 44 günlük Vətən müharibəsinin zirvəsi sayılan qələbə sevinci bədii ampulada tamaşaçıların diqqətinə çatdırılır.
 
Uşaq Musiqi məktəblərinin şagirdləri tərəfindən üçlük şəklində canlı səsləndirilən “Xudayar təsnifi” və “Bayatı Şiraz” muğamı tamaşanın məzmununa xüsusi rəng qatımışdır. Sözügedən tamaşaya fərqli regionlardan, o cümlədən Gəncə şəhəri, Goranboy və Kəlbəcər rayonlarından olan uşaqlar aktyor qismində cəlb olunmuşdurlar.
 
Sonda iştirakçı uşaqlara təşəkkürnamələr təqdim olundu.

Oxunub: 369

Əlavə olunub: 12.10.2021 15:48

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz