Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Zaqatalada genclərlə görüş və iməcilik

Azərbaycan mədəniyyətinin geniş mənada təbliği məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi internet resursları üçün çeşidli paylaşımlar hazırlayır və ictimaiyyətə təqdim edir. Mərkəz tərəfindən hazırlanan rəqəmsal promo məhsullar mədəni irsimizin müxtəlif istiqamətlərini əhatə etməkdədir.
Sözügedən promo məhsulların ictimaiyyət tərəfindən maraqla qarşılandığını nəzərə alaraq, “Bir abidə-bir könüllü” layihəsi çərçivəsində cari ilin 13-16 dekabr tarixlərində Zaqatala rayonu ərazisindəki tarixi-mədəni abidələrin foto və video çəkilişləri aparılmışdır. Xatırladaq ki, layihə çərçivəsində zəngin mədəni tariximizi təcəssüm etdirən müxtəlif türbə, məbəd, hamam və s. tikililər barədə maarifləndirici videomateriallar tarixi faktları ehtiva edən məlumatlar əks etdirilir.
Qeyd etmək lazımdır ki, Şəki rayonunda yerləşən Kiş məbədi və Yuxarı Karvansaray abidələri haqqında ingilis dilində rolik hazırlanmışdır. İlk dəfə olaraq, çəkilişin tərəfimizdən ingilis dilində aparılması nəzərdə tutulmuşdur.
Həmçinin, səfər zamanı 13 dekabr 2022-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində gənc mədəniyyət işçiləri ilə görüş keçirilmişdir. Görüş zamanı mədəniyyət sahəsində qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyətin zəruriliyi barədə məlumat verilmişdir. Eyni zamanda, rayonun gənc mədəniyyət işçiləri üçün tərəfimizdən hazırlanmış promo məhsulların təqdimatı, həmçinin narkotik vasitələrdən istifadənin qarşısının alınması istiqamətində Mərkəz tərəfindən hazırlanan videorolikin, o cümlədən “İstedad sərhədsizdir” şüarı altında hazırlanmış videoçarxın nümayişi və müxtəkif mövzular ətrafında interaktiv müzakirələr aparıldı. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təbliğat xarakterli promo məhsulları, “Bir abidə - bir könüllü” layihəsi çərçivəsində hazırlanmış videoçarxlar gənclərin xüsusilə diqqətini cəlb etmişdir.
Bundan başqa, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə diqqət və qayğı hissini, habelə mədəni irsimizi təbliğ etmək məqsədilə Zaqatala qalası ətrafında iməcilik işləri aparılıb. Aksiya Ölkə ərazisində çoxəsrlik tarixə malik abidələrin mühafizəsi, araşdırılması və gələcək nəsillərə ötürülməsi işinin vacibliyini nəzərə alaraq, vətəndaş məsuliyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir. Qeyd edək ki, iməcilikdə rayon rəsmiləri və sakinləri də fəallıq göstəriblər.

Oxunub: 354

Əlavə olunub: 19.12.2022 12:55

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz