Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Zaqatala abidələri: “Pəri qalası”

Zaqatala rayonunun ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də rayonun Yuxarı Çardaxlar kəndinin ərazisində yerləşən və inşa tarixi III-V əsrlərə aid edilən “Pəri qalası”dır.
Alban memarlığının əlçatmaz dağ zirvəsində tikilən ən təkrarolunmaz nümunəsi hesab edilən “Pəri qalası” Yuxarı Çardaxlar kəndindən 300 metr aralıda, dağın üzərində, yerdən 150-200 metr hündürlükdə tikilib.
Üç otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Qalaya getmək üçün vaxtilə qayadan yonulmuş 1-1,5 metr enində yol olub. Həmin yolun qalıqları hələ də qalmaqdadır.
Qayalıq ərazidə hərəkət etmək üçün xüsusi hazırlığı olan adamlar həmin cığırdan istifadə etməklə qalaya daxil ola bilirdilər.

Oxunub: 550

Əlavə olunub: 02.09.2022 10:37

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz