Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

YUNESKO-nun Reprezentativ Siyahısı: Xalçaçılıq

Azərbaycanda xalçaçılıq tunc dövründən məşhurdur. Bu barədə Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim tarixçilər yazmışlar.
Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf yolu keçmiş, ipək, qızıl və gümüş saplardan toxunmuş, qiymətli daşlarla bəzədilmiş xalçaların istehsalı XVI-XVII əsrlərdə ənənə xarakteri almışdır.
Azərbaycanda toxunulmuş xalça və kilimlər bir çox tarixi kitablarda, klassik ədəbiyyatda, folklorda, hətta “Kitabi Dədə Qorqud” dastanında əks etdirilir.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Bunlar Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz məktəbləridir.
Azərbaycan xalçaları daim xarici ölkələrdə təşkil olunan sərgilərdə yüksək yerlər tutub, qızıl və gümüş medallara layiq görülüb. 2010-cu ildə Azərbaycanın xalçaçılığı sənəti YUNESKO-nun "Qeyri-maddi mədəni irsin Reprezentativ siyahısı"na daxil edilib.

Oxunub: 355

Əlavə olunub: 25.08.2022 08:54

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz