Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

YUNESKO-nun Reprezentativ Siyahısı: Nar bayramı

Nar bayramı hər ilin oktyabr və noyabr aylarında Göyçay rayonunda təşkil edilən, nar və ondan ənənəvi istifadə üsullarını özündə əks etdirən festivaldır.
Nar yığımı vaxtı keçirilən bayram şənliyi zamanı nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Həmçinin festival zamanı folklor, rəqs, mahnı qruplarının çıxışları, eləcə də müxtəlif müsabiqələr təşkil edilir.
"Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" 2020-ci ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Oxunub: 406

Əlavə olunub: 22.07.2022 10:38

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz