Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Yeni təfəkkür və yeni yanaşmalar”

Mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əsaslı dəyişiklərə nail olmaq üçün orada çalışan gənc əməkdaşların yeni peşə səriştələrinə yiyələnməsi və innovativ xarakterli kreativ ideyaların tətbiqi kimi məsələlər böyük əhəmiyyətə malikdir. Kreativ və innovativ ideyaların mədəniyyət sahəsində geniş tətbiqi isə bu məsələyə gənc əməkdaşların fəal qatılması dərəcəsindən asılıdır.

Mayın 15-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ Qrupu"nun üzvlərinin iştirakı ilə “Yeni təfəkkür və yeni yanaşmalar” adlı videokonfrans keçirib.

 “Zoom” proqramı vasitəsilə keçirilmiş görüşə 15 regional mədəniyyət idarəsindən 50-dən çox gənc mədəniyyət işçisi qatılıb. Həmçinin görüşdə mərkəzin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katib Cavid Əliyev və şöbə müdiri Nürəddin Babazadə iştirak edib.

Çıxış edənlər qeyd edib ki, qrupun təsis olunması müxtəlif məsələlər ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətinin çevikliyini təmin edilməsinə, sistemdə sağlam rəqabət mühitinin yaradılmasına, yeni ideyaların formalaşmasına və yüksək savadlı gənclərin sahəyə diqqətinin artırılmasına təkan verəcək. Bu isə gənc əməkdaşlarımız üçün böyük imkanlar yaradır, çünki təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və sahənin gələcəyidir. Gənc mədəniyyət işçiləri bəzi ideya və təkliflərini təqdim ediblər.

Xatırladaq ki, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nəzdində 2015-ci ildə yaradılıb. Həmin ilin noyabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qrupun təsis toplantısı keçirilib. Dörd il ərzində qrup tərəfindən 50-dən çox tədbir, o cümlədən gənc mədəniyyət işçiləri arasında debatlar, debat klubun təşkili, intellektual oyunlar, mini-futbol üzrə “MEMİM kubokları”, “Qış” və “Yay” düşərgələri, “Bölgə” teatr truppasının yaradılması, müxtəlif konfranslar, seminarlar və s. keçirilib.

Oxunub: 1415

Əlavə olunub: 15.05.2020 15:43

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz