Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Yeni hədəflər - yeni perspektivlər

Gənc mədəniyyət işçiləri arasında “Yeni hədəflər - yeni perspektivlər” mövzusunda debat keçirilmişdir.
​Cari ilin 12 oktyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Ellmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində çalışan gənc mədəniyyət işçiləri arasına “Yeni hədəflər - yeni perspektivlər” mövzusunda debat keçirilmişdir. Məshəti Gəncəvi Mərkəzində təşkil olunan debatda Gəncə şəhərində fəaliyyət göstərən müxtəlif mədəniyyət müəssisələrinin gənc əməkdaşları iştirak etmişdir.
 
Mədəniyyət sahəsində həyata keçirilən islahatlar fonunda sözügedən müəssisələr qarşısında yeni hədəflərin müəyyən edildiyini nəzərə alaraq, debat iştirakçıları mövzu ətrafında sahənin inkişafına töhfə verə biləcək təkliflər səsləndirmiş və mədəniyyət müəssisələrinin gündəlik fəaliyyətinə dair müzakirələr aparmışdırlar. Fərqli yanaşmaların sərgiləndiyi debatda mədəniyyət sahəsinin muzey, klub, musiqi məktəbləri kimi istiqamətlər üzrə mövcud vəziyyət müzakirə edilmiş, yeni görülə bilinəcək təkliflər səsləndirilmişdir.
 
Sonda debat iştirakçıları müzakirələr çərçivəsində səsləndirilən fikir və təkliflərin sistemləşdirilərək, aidiyyatı üzrə rəhbərliyə təqdim edilməsi və bu tip müzakirələrin davam etdirilməsi haqqında razılığa gəlmişdirlər.

Oxunub: 397

Əlavə olunub: 16.10.2021 15:40

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz