Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Yeni fəaliyyət strategiyaları müzakirə olunmuşdur

            Ölkəmizdə Koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Hazırda müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzar mühitin dəstəklənməsi məqsədilə vəzifə xidmətlərinin yerinə yetirilməsində yeni təhlükəsiz formatların axtarışı aktuallıq kəsb edir.

            Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ölkəmizdə yaranmış fövqal vəziyyətlə əlaqədar mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəli təşkili 78-F 12 mart 2020-ci il tarixli əmrinə əsasən Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində müvafiq iclas keçirilmişdir. Yaranmış vəziyyəti və müəssisənin qarşısında duran strateji vəzifələri nəzərə alaraq cari ilin 18 mart tarixindən etibarən Mərkəz tərəfindən bölgələrdə fəaliyyət göstərən müəssisələr üçün elektron mədəni “Consulting” xidmətləri göstəriləcəkdir. Burada ilk növbədə müxtəlif profilli mədəniyyət müəssisələrin fəaliyyətinə dair metodiki məsləhətləşmələr, konkret mövzulara həsr olunmuş mühazirələr və müəssisə tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı da nəzərdə tutulur. Mədəniyyət sahəsində bir ilk olan “Elektron Mədəni Konsaltinq” çərçivəsində onlayn məsləhətləşmələr təşkil ediləcək və suallar aidiyyəti üzrə mütəxəssislər tərəfindən cavablandırılacaqdır.

            Belə ki, muzey, mədəniyyət evləri, kitabxana, rəsm qalereyaları və digər profilli mədəniyyət müəssisələrin əməkdaşları konkret vəzifələrin icrası, kreativ təfəkkür, səriştə və yanaşmalar ilə bağlı elektron layihəyə fəal qoşularaq öz bilik və bacarıqlarını artırmaq imkanı qazana biləcəklər. Qeyd olunmalıdır ki, öncədən təqdim olunacaq cədvələ uyğun olaraq Mərkəzin rəsmi internet sayt və “Facebook”, “İnstagram” səhifəsi vasitəsilə mədəniyyət işçiləri sözügedən layihədən faydalana biləcəklər. 

Oxunub: 715

Əlavə olunub: 17.03.2020 07:32

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz