Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Yeni direktor müavini S.Xələfbəyli təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Xələfbəyli Səadət Vaqif qızı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Bu gün  yeni direktor müavini Mərkəzin kollektivinə təqdim olunub.  

Mədəniyyət Nazirliyinin Elm və tədqiqat sektorunun müdiri Vuqar Baxışovun iştirakı ilə keçirilmiş təqdimatda Mərkəzin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Sənan Talıbov, Nəzakət Rəhmanova, Sevil Ələkbərova, Nurəddin Babazadə  və digər əməkdaşları iştirak ediblər.

Mərkəzin direktoru A.Usubəliyev Səadət xanımı kollektivə təqdim edərək onun yeni vəzifəsində uğurlar dilədi.

Qeyd edək ki, Səadət Xələfbəyli 1979-cu ildə Zaqatala şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” ixtisası üzrə bakalavr, 2013-cü ildə isə Böyük Britaniyanın Kent Universitetinin “Miqrasiya Tədqiqatları” ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsini əldə edib.

Oxunub: 642

Əlavə olunub: 05.09.2020 15:32

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz