Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xüsusi karantin rejiminin sərtləşdirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

                               Q Ə R A R
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron
rayonunun ərazisində xüsusi karantin rejiminin
sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron
rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi
fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin
sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan
8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:
1.1. aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət,
o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılsın:
1.1.1. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və
digər təşkilatların fəaliyyəti;
1.1.2. xəstəxanalar və təcili tibbi yardım müəssisələrinin
fəaliyyəti;
1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli
və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan
şəxslər üçün baxıcılıq xidməti;
1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz
təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının
yığılması və utilizasiyası);
1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı;
1.1.6. meliorasiya və su təsərrüfatı;
1.1.7. rabitə xidmətləri;
1.1.8. teleradio yayımçılarının (televiziya və radio kanalları,
kabel televiziyaları) fəaliyyəti;
1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük
daşımaları;
1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə
görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin
mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.
1.2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə
tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna
olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk
etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə
aşağıdakı müstəsna hallarda icazə verilsin:
1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət
yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım
xidməti vasitəsilə);
1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.
1.3. Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və
fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara
məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.
2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə
tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçirilməsi üçün
yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin
edilsin.
3. Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış
yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə
Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
4. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə
icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə
işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron
imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən
sonra yol verilir.
5. Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə
riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi tərəfindən həyata keçirilir.
6. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və
vəzifəli şəxslər qanunda nəzərdə tutulmuş qaydada inzibati və
cinayət məsuliyyəti daşıyırlar.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 4 iyun 2020-ci il
№ 191

Oxunub: 631

Əlavə olunub: 04.06.2020 16:15

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz