Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xurşidbanu Natəvan - 190 (video)

Vətənimizin zəngin mədəniyyətinin təbliğ edilməsi istiqamətində fəaliyyətini davam etdirərək sizləri bir-birindən maraqlı layihələr ilə tanış etməyə davam edirik.
 
İki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların nümayəndəsi, Mehdiqulu xanın ailəsində dünyaya göz açmış yeganə övlad və el arasında “Xan qızı” deyə xitab edilən Qarabağ xanlığının sonuncu vərəsəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən hazırlanan videoçarxı diqqətinizə təqdim edirik.
 
Videoçarxda qum rəssamı Lalə Hüseynzadə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın portretini Qarabağ motivləri ilə birgə rəsm etmişdir.
Çəkilişlər üçün "Mincə Sənət Qalereyası"nın məkanını ayırdığı üçün Fidan Bədəlovaya təşəkkürümüzü bildiririk.
 

Oxunub: 422

Əlavə olunub: 19.06.2022 20:17

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz