Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xudafərin körpüsü “National Geographic”-də

“National Geographic” dərgisi özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün şəklini paylaşıb. 

“National Geographic”in paylaşımında qeyd edilib ki, Cəbrayıl rayonu iyirmi ildən çox müddətdə Ermənistan silahlı qüvvələrinin işğalında olub.

Paylaşımda həm də diqqətə çatdırılır ki, ötən ilin sentyabr ayında başlayan hərbi əməliyyatlar 44 gün davam edib və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılaşması ilə başa çatıb. Bununla da Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri geri qaytarıb.

 

“National Geographic” tərəfindən paylaşılan foto azərbaycanlı fotoqraf Rəna Əfəndiyə aiddir.

Həmin paylaşımı təqdim edirik:

oxu.az

 

 

Oxunub: 237

Əlavə olunub: 15.03.2021 11:08

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz