Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

“Xocalı soyqırımı - qan yaddaşımız!”

Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı - qan yaddaşımız!” adlı onlayn tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən XX əsrin ən dəhşətli və faciəvi səhifələrindən biri olan, Azərbaycan tarixinə qanlı hərflərlə yazılan Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – qan yaddaşımızdır” adlı anım tədbiri təşkil edilmişdir. Xocalı soyqırımında, eyni zamanda Qarabağ müharibələri zamanı torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Mərkəzin əməkdaşları, publisist yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri, “Xocalı: şahidlər danışır” kitabının müəllifi İradə Əlilli, Sanqaçal qəsəbə Mədəniyyət evinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii-qiraət ustası Fəridə Babayeva, Ağcabədi Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri iştirak etmişdir.
Anım tədbirində Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi, haqq səsimizin dünyaya çatdırılması, faciənin kino və ədəbi yaradıcılıqda işıqlandırılmasından söhbət açılmış, eyni zamanda bədii-kompozisiyadan da istifadə edilmişdir.
Xocalı soyqırımını dünya unutmayacaq!

Oxunub: 631

Əlavə olunub: 26.02.2021 17:44

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz