Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev

Azərbaycan tarixinə xeyriyyəçi kimi daxil olan Hacı Zeynalabdin Tağıyev xalq arasında “El atası” kimi tanınması heç də təsadüfi deyildi.
 
Onun içməli su xəttinin çəkilməsi, dəmir yolunun, at-dəmir yolunun (konka) işə salınması, yanğından mühafizə xidmətinin yaradılması, ilk teatr binası, kitab nəşri və s. bu kimi neçə-neçə xidmətləri olmuşdur.
“Anası savadsız olan xalq kordur” deyən H.Z.Tağıyev Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olan “Tağıyevin Qız Məktəbi”nin açılması uğrunda mübarizə aparmış və sonda istədiyinə nail olmuşdur.
 
O, təhsil ocaqlarını kitab, həmçinin məktəb avadanlığı ilə təmin edər, “Kaspi”, “Həyat”, “Füyuzat” və s. qəzet və jurnalların nəşrinə, ilk xeyriyyə qurumu olan “Müsəlman Xeyriyyə Cəmiyyəti”, ”Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin qurulmasına və fəaliyyətinə yardımını heç bir zaman əsirgəməzdi.
H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti təkcə Azərbaycanı deyil, bir çox türk-müsəlman xalqlarının yaşadıqları vilayətləri, habelə İran, Türkiyə və hətta Misiri də əhatə edirdi.

Oxunub: 346

Əlavə olunub: 25.06.2022 10:58

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz