Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq uşaq oyunları: Gizlənqaç

Qədim uşaq oyunlarından biri olan Gizlənqaç oyununda bir dəstə uşaq oyuna başlamazdan əvvəl dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir:
Əkdim noxud,
Çıxdı şüyüd.
Yarpağıdır
Şa-ba-lıd.
Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlərdə gizlənirlər.
Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayır. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur.
Hamı əlini mətəyə vurarsa axtaran oyunçu yenidən gözünü yumur. Əgər gizlənən uşaqlardan kimsə ən axırda tapılarsa, o gözlərini yummalı olur. Oyun beləcə davam edir.

Oxunub: 497

Əlavə olunub: 23.09.2022 14:52

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz