Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi

Xalq Teatrlarının IV Zona Müşavirəsi Masallıda

Cari ilin 19-23 sentyabr tarixlərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartıma Mərkəzi tərəfindən Masallı rayonunda “Xalq Teatrlarının Dördüncü Zona Müşavirəsi” təşkil edilmişdir. Müşavirədə Lənkəran, Sabirabad, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin sistemində Şəhriyar adına Astara Xalq Teatrı, Adil İsgəndərov adına Xalq Teatrı (Sabirabad), Cəlilabad Xalq Teatrı, Biləsuvar Xalq Teatrı, Nizami Gəncəvi adına Masallı Xalq Teatrının nümayəndələri iştirak etmişdirlər. Müşavirəyə eyni zamanda Salyan Dövlət Kukla Teatrının rəhbərliyi də qatılmışdır.
Tədbir ilk öncə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Xalq teatrarının postpandemiya dövründə fəaliyyətinin təşkili prosesi ilə tanışlıq və ehtiyacları, mövcud imkan və perspektivlər müzakirə olundu. Tədbir zamanı bir sıra aktual məsələlər, eyni zamanda bölgələrdə xalq teatrlarının rolu və onların mədəni həyata bəxş etdikləri töhfə və adıçəkilən təsisatlar tərəfindən görülməli olan işlər barədə geniş fikir mübadiləsi aparıldı. Müzakirələr zamanı müəyyən oldu ki, hazırda uğurlu repertuar seçimi və dövrün aktual məsəllərinin səhnələşdirilməsi cənub zonasında fəaliyyət göstərən xalq teatrlarının ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinə rəvac vermişdir.
Məlumat üçün qeyd edirik ki, Masallı Regional Mədəniyyət İdarəsinin dəstəyi Masallı Xalq Teatrının təşkilatçılığı, Cəlilabad və Biləsuvar Xalq Teatrlarının aktyorlarının iştirakı ilə Zəfər gününə həsr olunmuş “Şuşa, ətrin duyulur” tamaşası bir neçə rayonda səhnələşdirilmişdir. Eyni zamanda cari ilin 27 sentyabr tarixində Masallı Regionl Mədəniyyət İdarəsinin dəstəyi, Masallı Xalq Teatrının təşkilatçılığı və Cəlilabad Xalq Teatrlarının iştirakı ilə 44 Günlük Vətən Mühartibəsinin Qəhrəmanlarına həsr olunmuş “Tabuta sığmayanlar” əsəri tamaşaçıların diqqətinə təqdim ediləcəkdir.
​Xatırladaq ki, bugünə kimi on bir regional mədəniyyət idarəsini əhatə etməklə ümumilikdə 25-dən çox xalq teatrının iştirakı ilə 4 müşavirə keçirilmiş və 6 tamaşa səhnəyə qoyulmuşdur.

Oxunub: 364

Əlavə olunub: 28.09.2022 13:58

Mədəniyyət İdarələri

Mədəniyyət Müəssisələri

Aktivlərimiz